Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Xəbər mənbələri cümə axşamı səhər xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 20 əməliyyat keçirib.

İRNA-nın Şahab xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Muti” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində sionistlərə qarşı 20 əməliyyat keçirdiyini açıqlayıb.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Müqavimət qüvvələrinin əməliyyatları Hebron, Nablus, Qüds, Tulkərim, Ramullah, Beytül-Müqəddəs, Yerixo, Cənin və Qəlqəliyyədə keçirilib və müqavimət qüvvələri sionistlərin hücumlarına qarşı çıxıblar.

Fələstin müqavimət qüvvələri Cəninin şimalında yerləşən “Əl-Cəlmə” məntəqəsində sionist qüvvələrlə toqquşub və onlara atəş açıb.

Nablus şəhərindəki “Cərzim” hərbi məntəqəsində Fələstin müqavimət qüvvələri də sionist əsgərləri güllələyib.

İordan çayının qərb sahilində baş verən qarşıdurmalardan sonra keçən ay (aprel) ərzində 3 sionist öldürülüb, 41 sionist yaralanıb və 11 fələstinli şəhid olub.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − thirteen =