Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Xəbər mənbələri cümə günü səhər saatlarında Fələstin müqavimət qüvvələrinin son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 20 əməliyyat həyata keçirdiyini bildiriblər.

İRNA-nın Şahab Fələstin Xəbər Agentliyinin məlumatına görə, “Muti” Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin üç dəfə silahlı qarşıdurma, bir dəfə partlayıcı madələr və bir dəfə də molotof kokteyli atmaqla sionistlərə qarşı üç əməliyyat keçirdiyini bildirib. Onlar işğal altındakı İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrində döyüşüblər.

Bu hesabat əlavə edir ki, müqavimət qüvvələrinin əməliyyatı Şeyx Cərrah məhəlləsi, Şuafət düşərgəsi və köhnə məhəllədə baş tutub və müqavimət qüvvələri sionistlərin hücumlarına cavab verib.

İordan çayının qərb sahilində baş verən qarşıdurmalardan sonra keçən ay (aprel) ərzində 3 sionist öldürülüb, 41 sionist yaralanıb və 11 fələstinli şəhid olub.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =