Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 23 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 23 əməliyyat keçirib

Xəbər mənbələri çərşənbə axşamı səhər xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 23 əməliyyat həyata keçirib.

İRNA-nın Fələstinin Əl-Yəvmə istinadən verdiyi xəbərə görə, “Muti” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində sionistlərə qarşı 23 əməliyyat keçirdiyini açıqlayıb.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Məlumata görə, müqavimət qüvvələrinin əməliyyatları Hebron, Nablus, Qüds, Tulkərim, Beyti-Ləhm, Yerixo, Cənin və Qəlqəliyyədə keçirilib və müqavimət qüvvələri sionistlərin hücumlarına qarşı çıxıblar.

Müqavimət qüvvələri Tulkərmdə Nur Şəms düşərgəsinə hücum edən sionistlərə müqavimət göstərib, həmçinin Cəbarə keçid məntəqəsindəki sionist əsgərləri atəşə tutub.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =