Fələstin müqaviməti: Əl-Əqəbə toplantısı sionist rejimə pulsuz xidmətdir
Cənindəki Fələstin müqavimət qrupları Muxtariyyət Təşkilatının “Əl-Əqəbə” toplantısında iştirak qərarını pisləyərkən, bu toplantının millətin və Fələstin məsələsinin xeyrinə olmadığını vurğulayıb.
Bu şənbə günü axşam Cənindəki Fələstin müqavimət qrupları mətbuat konfransında Muxtariyyət Təşkilatının İordaniyada sionistlərin iştirak etdiyi “Əl-Əqabə” iclasında iştirak etmək qərarını pisləyiblər.
Şahab xəbər agentliyi bu qruplara istinad edərək bildirib ki, Əl-Əqəbə toplantısı ABŞ-ın nəzarəti altında Əqəbə şəhərində keçiriləcək uğursuz siyasi və təhlükəsizlik toplantısıdır və Muxtariyyət Təşkilatı yenidən Vaşinqton tərəfindən aldadılıb.
Bu qruplar Muxtariyyət Təşkilatının hazırkı mərhələdə milli birliyə və döyüş meydanında mübarizə vəhdətinə doğru irəliləməli olduğunu bildirərək davam edib:
Əl-Əqabə toplantısı İsrailin yaşayış məskənləri salması və millətimizə qarşı qətliamlarının kölgəsində keçirilir.
Bu görüşün Fələstin xalqının xeyrinə deyil, sionist rejimə təmənnasız xidmət olduğuna işarə edən Fələstin müqaviməti bu məsələyə aydınlıq gətirib: İsraillə təhlükəsizlik razılaşması yerinə Muxtariyyət Təşkilatı milli birliyə doğru yönəlməlidir.
Bu görüşdə İordaniya və Misir nümayəndə heyətləri də iştirak edəcək. Bu görüşün proqramı, təhlükəsizlik və siyasi məsələlər və Muxtariyyət Təşkilatının şəhər işləri üzrə rəhbəri Hüseyn Əş-Şeyx və Sionist Daxili Təhlükəsizlik Şurasının rəhbəri Zaçi Henqbi arasında əldə olunan razılaşmaların nəticələri nəzərdən keçirilməsidir.
Bu görüş sionist rejimin yüksək rütbəli rəsmiləri və hərbi və siyasi ekspertlərinin bu rejimdə vətəndaş müharibəsi və son aylardakı süqutundan danışdıqları bir vaxtda keçirilir.
Fələstin müqavimət qrupları da öz əməliyyatlarının dairəsini genişləndiriblər və təhlükəsizlik təxminləri üçüncü Fələstin intifazəsinin yaxınlaşdığını göstərir.