Fələstin Müqaviməti: Məhbuslara işgəncə işğalçılarla genişmiqyaslı hərbi qarşıdurmaya səbəb olacaq
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Fələstin müqaviməti Sionist rejim həbsxanalarında onlarla fələstinli məhbusun koronaya yoluxmasından sonra, məhbuslara qarşı hər hansı bir işgəncənin işğalçı rejimlə böyük bir hərbi qarşıdurmaya səbəb olacağını xəbərdar etdi.
İsrail həbsxanalarında olan səksən fələstinli məhbus koronaya yoluxmuşdur və xəbərlər fəlakətin yaxınlaşdığını göstərir.
Bu baxımdan, Xalq Cəbhəsi Mərkəzi Komitəsinin üzvü və Məhbuslarla İş üzrə məsul şəxs olan Əlam Əl-Kəbi məhbuslara edilən hər hansı bir işgəncənin işğalçı rejimlə böyük bir hərbi qarşıdurmanın başlanğıcı olacağını bildirdi.
Daha sonra Sionist rejimin Həmasın Qəzzə zolağındakı siyasi bürosunun rəhbəri Yahya Əs-Sənvarın təklifini qəbul etməli olduğunu söylədi, əks halda məhbuslarla pis rəftar geniş qarşıdurmaya səbəb olacaq.
Əs-Sənvarın keçən aprel ayında Həmasın nəzərdə tutulan şərtlərdaxilində məhbus mübadiləsi mövzusunda mövqeyini dəyişməyə hazır olduğunu elan etmişdi.
Sionist rejimin əczaçılıq şirkətlərinin məhbuslar üzərində müəyyən dərmanları sınaması üçün koronanı qəsdən yaydıqları da istisna edilmir.
Xalq Müqavimət Komitəsinin sözçüsü “Əbu Mücahid” ləqəbli Məhəmməd Əl-Barim də Tel-Əvivə Sionist rejimin məhbuslarla bağlı hərəkətlərinə qarşı müqavimətin suslmayacağı barədə xəbərdarlıq etdi.