Fələstin müqaviməti Qəzzədə 6 raket sınağı keçirib

Fələstin müqaviməti Qəzzədə 6 raket sınağı keçirib

Bu gün (şənbə) Fələstin müqaviməti raket hazırlığını gücləndirmək üçün dənizə doğru 6 raket atıb.

Fələstinin “Maa” xəbər agentliyi Fələstin müqavimətinin bu gün (şənbə) Qəzzə zolağında yeni raket sınağına başladığını açıqlayıb.

Bu xəbərə görə, şahidlər altı raketin sınaq və raket hazırlığını gücləndirmək məqsədilə dənizə doğru atıldığını bildiriblər.

Qəzzə zolağında Fələstin müqaviməti, xüsusən də HƏMAS hərəkatı zaman-zaman raket sınaqları keçirir.

Ötən ilin iyununda Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin üzvü elan etmişdi ki, Fələstin müqaviməti sionist rejimin son təcavüzündən sonra raket istehsalına yenidən başlayıb.

HƏMAS Siyasi Bürosunun üzvü Fəthi Həmmad mesajında deyib: Netanyahunun Qüds və Təl-Əvivdə zorakılıqlarını dayandırmaq üçün fabrik və emalatxanalarımız minlərlə raket istehsalına yenidən başladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =