Fələstin müqaviməti raket sınaqdan keçirib

Fələstin müqaviməti raket sınaqdan keçirib

Fələstin mənbələri bazar ertəsi gecə Fələstin müqavimətinin raket sınağı keçirdiyini açıqlayıb.

Fələstinin Şihab xəbər agentliyinə istinadən verilən məlumata görə, bu aksiya sionist rejimlə mümkün müharibəyə hazırlıq məqsədilə elan edilib.

Bu xəbərə görə, bu raket sınaq məqsədi ilə Aralıq dənizinə doğru atılıb.

Raketin növündən bəhs edilmir.

Qəzzə zolağında Fələstin müqaviməti hərbi imkanlarını inkişaf etdirmək üçün davam edən səylər çərçivəsində yeni raketlərı sınaqdan keçirir.

Fələstin müqavimətinin raket gücünün artırılması və hərbi potensialının genişləndirilməsi, o cümlədən, bütün növ raketlərin istehsalı və sınaqları sionist rejimin hava və raket hücumlarının qarşısını almaq və onlara qarşı çıxmaq və Fələstin vətəndaşları və obyektlərinin hədəf alınmasının qarşısını almaq məqsədi ilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =