Fələstin müqaviməti: Silahlı müqavimət Fələstinin qurtuluşu üçün ən qısa yoldur

Fələstin müqaviməti: Silahlı müqavimət Fələstinin qurtuluşu üçün ən qısa yoldur

Beynəlxalq Qüds Günü ərəfəsində Fələstinli müqavimət qrupları bir bəyanat yayaraq Qüdsün İslam ümmətinin əsas problemi, işğalçı sionist rejimə qarşı mübarizənin mərkəzi olduğunu və Fələstinin əbədi paytaxtı olmasını və işğalçı rejimin Fələstində yerinin olmadığı bildirmişlər.

Bəyanatda İmam Xomeyni tərəfindən Beynəlxalq Qüds Gününün elan edilməsi məsələsi xatırlanaraq, Qüds Gününün bu il işğalçı rejimin vəhşicəsinə təcavüzü və məcburi köçkünlük siyasətlərinin davam etdiyi bir şəraitdə qeyd ediləcəyi söylənilib.

Bəyanatda qeyd olunub ki, sabit milli prinsipləri nəzərə alaraq işğal olunmuş Fələstinin azadlığı üçün hər cür müqavimət variantını və hər şeydən öncə silahlı müqaviməti təkidlə dəstəkləyirik. Silahlı müqavimət Fələstini azad etmək üçün və Fələstin amallarını məhv etmək planlarına qarşı ən yaxşı və qısa yoldur .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 12 =