Fələstin müqaviməti: Sionist rejim odla oynayır

Fələstin müqaviməti: Sionist rejim odla oynayır

Fələstin müqavimət qrupları sionist rejimin Məscidül-Əqsa və Babər-Rəhmə müsəllasına qarşı təcavüzünə toxunaraq, bu rejimin təcavüzlərini heç vaxt cavabsız qoymayacaqlarını vurğulayıblar.

 Fələstin müqavimət qrupları çərşənbə axşamı keçirilən növbəti iclasında Fələstindəki hadisələri nəzərdən keçirib.

Bu qruplar sionist rejimin təcavüzünü odla oynamaq kimi qiymətləndirərək bildiriblər ki, Məscidül-Əqsa və Babur-Rəhmə müsəllasına qarşı təcavüz Qüdsün islami kimliyini dəyişdirmək üçün uğursuz cəhd və yəhudiləşdirmə planlarının bir hissəsidir.

 “Sahab News” internet saytının xəbərinə görə, Fələstin müqavimət qrupları da Fələstin xalqını Məscidül-Əqsaya getməyə və sionistlərin bu müqəddəs məsciddə məkan və zaman bölgüsü kimi bədxah planlarına qalib gəlmək üçün orada etikaf etməyə çağırıblar.

Fələstinli qruplar həmçinin İsrail rejiminin fələstinli məhbuslardan Şeyx “Xızır Ədnan” və “Vəlid Diqqə”nin müalicəsinə etinasız yanaşma siyasətinin təhlükəli təcavüzkarlıq olduğunu vurğulayıblar.

Bu qruplar işğalçı rejimin İbrahimi hərəminin divarları və damında bu rejimin bayraqlarının asılmasına yönəlmiş hərəkəti barədə də bildiriblər ki, bu hərəkətlər müqəddəs yerlərin islami və tarixi reallığını heç vaxt dəyişməyəcək açıq-aşkar pozuntudur.

Müqavimət qrupları işğal altındakı Qüds və İordan çayının qərb sahilindəki müqavimət əməliyyatları və Fələstin xalqının zərbələri müqabilində sionist müvəqqəti rejimin təməlini sarsıldığını vurğulayıblar.

Sionist rejimin müqavimət komandirlərinə sui-qəsd təhdidləri ilə bağlı bu qruplar həmçinin bildiriblər ki, bu rejimin təhdidləri heç vaxt uğurlu olmayacaq və sionist düşmən və onun məğlub ordusunu ağır cəza gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + sixteen =