Fələstin müqaviməti yeni raket sınağı keçirib
Bu səhər Fələstin mənbələri Qəzzə sahillərində yeni müqavimət raketi sınağı keçirdiklərini açıqlayıb.
Mehr xəbər agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, bu cümə səhəri Fələstin müqaviməti hazırlığını artırmaq üçün Qəzzə sahillərindən dənizə doğru bir neçə raket atıb.
Fələstin mənbələri bu raket sınağının müqavimət raketlərinin gücünü və dəqiqliyini artırmaq məqsədilə həyata keçirildiyini bildirib.
Son aylarda Fələstin müqaviməti sionist rejimlə hər hansı mümkün münaqişəyə hazırlıq məqsədilə bir neçə raket sınaqları keçirib.