Fələstin nümayəndəsi: İsrail məskunlaşma tikintisinin davamı ilhaq planının həyata keçirilməsi deməkdir

Fələstin nümayəndəsi: İsrail məskunlaşma tikintisinin davamı ilhaq planının həyata keçirilməsi deməkdir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Qəzzə zolağının mühasirəsinə qarşı mübarizə üzrə Xalq Komitəsinin sədri Camal Xizri cümə günü axşam İsrailin iğal olunmuş Fələstin ərazilərindəki məskunlaşma əməliyyatının İordan çayının qərb sahilinin ilhaq planı və əsrin razılaşmasının icrası demək olduğunu bildirdi.

Xizri əlavə edib: “Qərb Sahilinin ilhaq planının təxirə salınması ilə bağlı mətbuatda yayılan xəbərlərə baxmayaraq, Sionist rejim hələ də İordan çayının qərb sahilində yaşayış məntəqələri tikir. Bu, ilhaq planının həyata keçirilməsi ilə paraleldir.”

Fələstinli millət vəkili Fələstinlilərin milli birliyini qarşıda duran problemlərin öhdəsindən gəlmək və İslam, Ərəb və beynəlxalq cəmiyyətin dəstəyini qazanmaq üçün zəruri bir addım adlandırdı.

Xizrinin sözləri cümə axşamı İsrail mətbuatının Baş nazir Binyamin Netanyahunun İordan çayının qərb sahilində 5000-dən çox sionist mənzil inşa etməsi üçün yaşıl işıq yandırdığını yazdıqdan sonra səsləndi.

BMT-nin qərarlarına və Təhlükəsizlik Şurasının qətnamələrinə görə, İordan çayının qərb sahilinin 1967-ci il sərhədləri daxilində hər hansı bir məskunlaşma qanunsuzdur.

İsrail Baş naziri tərəfindən elan edilən və 1 İyuldan etibarən həyata keçirməyə çalışılan Qərb Sahilinin ilhaq planı beynəlxalq müxalifət və qınaq dalğası ilə təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 3 =