Fələstin Qızıl Aypara Cəmiyyəti: Qəzzada 2 milyona yaxın insan didərgin düşüb

Fələstin Qızıl Aypara Cəmiyyəti: Qəzzada 2 milyona yaxın insan didərgin düşüb

Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü öz mesajında Qəzza zolağında 2 milyona yaxın insanın davamlı olaraq didərgin düşməsindən narahatlığını bildirib.

İRNA-nın çərşənbə axşamı səhər Əl-Cəzirəyə istinadən verdiyi xəbərə görə, Nəbal Fərsəx X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında yazıb: Qəzzada heç bir yer təhlükəsiz deyil və insanların, hətta xəstə və ya yaralıların belə buranı tərk etmələri üçün heç bir yol yoxdur. 

O, Qəzzadakı ailələrin hələ də kifayət etməyən yardımdan asılı olduğunu və qida və suya çıxışın olmamasına baxmayaraq, həddindən artıq sıxlıq səbəbindən sağlamlıq risklərinin də artdığını söylədi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eight =