Fələstin qrupları: Hersoqun səfəri Ankara-Tel-Əviv münasibətlərinin reallığını ortaya qoyur

Fələstin qrupları: Hersoqun səfəri Ankara-Tel-Əviv münasibətlərinin reallığını ortaya qoyur

İsrail Prezidentinin Türkiyəyə səfərinə cavab olaraq müxtəlif fələstinli qruplar Tel-Əviv və Ankara arasında münasibətlərin heç vaxt kəsilmədiyini vurğulayıblar.

İsrail Prezidenti İshaq Hersoq Ankara ilə Tel-Əviv arasında on üç illik açıq-aşkar münasibətlərin kəsilməsindən sonra dünən (çərşənbə günü) Türkiyəyə gəlməsi Fələstin qruplar tərəfindən şiddətlə pislənib.

“Əl-Qudsul-Ərəbi” qəzetinin məlumatına görə, Fələstin Alimlər Şurası səfərə cavab olaraq deyib: “Fələstin və onun xalqına dəstəyin ən mühüm təzahürlərindən biri sionist rejimlə hər hansı qarşılıqlı əlaqəni bir kənara qoymaqdır. Həmçinin, onu gücləndirmək yox, sona çatdırmağa çalışmaqdır. ”

Təşkilat Türkiyəyə müraciət edərək xəbərdarlıq edib ki, sionist rejimlə münasibətlərin normallaşması həm müsəlman ümməti, həm də Türkiyə üçün təhlükəlidir.

Eyni zamanda “Fələstin Xalq Cəbhəsi” Hərəkatı vurğulayıb ki, Hersoqun Türkiyəyə səfəri Ankara ilə Tel-Əviv arasında “ikitərəfli münasibətlərin reallığını” ortaya qoyub və “onun təhlükəsizlik, iqtisadi və siyasi ölçülərinin dayanmadığını” göstərib.

Hərəkat türk millətinin Fələstin millətinə və milli haqlarına dəstək mövqeyini təqdir etməklə yanaşı, türk millətinin Türkiyənin rəsmi siyasətinə əsla aldanmayacağını qeyd edib. Xalq Cəbhəsi bütün türk millətçi qruplarını rejimin “Sionist rejimlə münasibətləri normallaşdırmaq və əlaqələri genişləndirmək” siyasətinə qarşı çıxmağa çağırıb. Bu siyasətin Ərəb və Fələstin xalqlarının ziyanına olacağını vurğulayıb.”

Hərəkat Ərdoğanı yalançılıqda ittiham edib və bildirib: “Türkiyə Prezidenti Fələstin məsələsini dəstəklədiyini iddia edir, lakin sionistlərlə “ən geniş təhlükəsizlik koordinasiyasına” malikdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =