Fələstin rəhbərliyi: Fələstindəki vəziyyəti həll etmək üçün Oslo sazişi ləğv edilməlidir

Fələstin rəhbərliyi: Fələstindəki vəziyyəti həll etmək üçün Oslo sazişi ləğv edilməlidir

Sizinyol xarici mediaya istnadən xəbər verir:

Oslo müqaviləsinin ləğv edilməsinin zəruri olduğunu vurğulayan Fələstin Azadlıq Xalq Cəbhəsi Baş katibinin müavini Sionist rejimə müqavimət göstərilməli olduğunu söylədi.

Fələstin Azadlıq Xalq Cəbhəsi Baş katibinin müavini Əbu Əhməd Fuad fələstinli qrupların birləşərək Sionist rejimə qarşı mübarizə aparmasının zəruri olduğunu vurğuladı. Fəth hərəkatı ilə Xalq Cəbhəsi arasında bir çox əlaqələrin olduğunu söyləyən Fuad bu əlaqələrin sionist rejimə qarşı milli birlik və müqavimətə söykəndiyini söylədi.

Əl-Ahd Xəbər Agentliyinə verdiyi açıqlamada bu birliyin Fələstin Azadlıq Təşkilatının demokratik və xüsusilə də Oslo sazişi kontekstindən fərqli olan siyasi prinsiplər əsasında yenidən qurulmasına səbəb ola biləcəyini açıqladı. Fuad Oslo müqaviləsinin Fələstindəki vəziyyətin həlli üçün uyğun olmadığını və bu razılaşmanın ləğv edilməli olduğunu qeyd etdi.

Oslo 13 sentyabr 1993-cü ildə ABŞ-da imzalandı və müqavilənin imzalanmasından üç il sonra Qüds, qaçqınlar, sionist yaşayış yerləri, təhlükəsizlik tədbirləri, sərhədlər, qonşularla münasibətlər və əməkdaşlıq daxil olmaqla digər məsələlərə baxılmalı idi. Lakin bu razılaşmanın Fələstin xalqına heç bir faydası olmadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − sixteen =