Fələstin rəhbərliyi Qəzzaya nəzarət etməlidir

Fələstin rəhbərliyi Qəzzaya nəzarət etməlidir

Fələstin Administrasiyası (Ramallah hökuməti) Qəzza zolağına nəzarət etməli, İsrail isə iki dövlətli həll üzrə danışıqlara razı olmalıdır.

Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib

“Nəticə müsbət olarsa… Fələstin Muxtariyyəti Qəzzada da liderliyi öz üzərinə götürəcək və o zaman İsrail beynəlxalq ictimaiyyətin dəstəyi ilə iki dövlətli həll üzrə ciddi danışıqlara razılaşacaq. Bu, hadisələrin inkişafı üçün ən yaxşı ssenaridir”, – deyə Quterreş CNN telekanalında qeyd edib.

İsrail və Fələstin HƏMAS hərəkatı arasındakı müharibədə atəşkəsə qarşı çıxan ABŞ hesab edir ki, Qəzza zolağına nəzarət sonda hazırda İordan çayının qərb sahilini idarə edən Fələstin Muxtariyyətinə verilməlidir. Fələstin prezidenti Mahmud Abbas bundan əvvəl Qəzza zolağına nəzarəti ələ keçirməyə hazır olduğunu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =