Fələstin səfiri: İsrail Rəfahdakı əməliyyatlara hazırlaşmaq üçün 98-ci diviziyanı geri çəkdi

Fələstin səfiri: İsrail Rəfahdakı əməliyyatlara hazırlaşmaq üçün 98-ci diviziyanı geri çəkdi

Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl İsrail ordusunun Xan Yunisdən geri çəkildiyi xəbərinə cavab olaraq, bunun Rəfaha ciddi hücuma başlamaq üçün taktiki bir addım olduğunu bildirib.

Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl Rusiyanın TASS xəbər agentliyinə bildirib ki, İsrail Qəzza zolağının cənub hissəsindən 98-ci ordu diviziyasını Rəfaha ciddi hücum hazırlamaq və başlamaq üçün taktiki gedişlə çıxarıb.

Onun sözlərinə görə, bu addım İsrailin işğal olunmuş ərazilərdən tam çıxarılması deyil.

Bundan əvvəl HƏMAS hökumətinin informasiya ofisinin direktoru İsmayıl Səvabətə İsrail əsgərlərinin Xan Yunisdən çıxarılmasına şübhə edərək, bunu İsrailin Rəfaha hücum etmək üçün hərbi taktikası adlandırmışdı.

İsrail ordusunun radiosu iddia edib ki, İsrail ordusunun 98-ci diviziyası bütün üç briqadası ilə birlikdə dünən (bazar günü) günortadan sonra Xan Yunis bölgəsini tərk edib.

Bu hesabatda Qəzza zolağının şimalını cənubdan ayıran yeganə “Nahal” briqadasının Qəzzada olduğu da iddia edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =