Fələstin Səhiyyə Nazirliyi: Qəzza zolağında 424 nəfər ölüb

APA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir, ki, qaniçən İsrail rejimi bilərəkdən çox mərtəbəli yaşayış binalarını hədəf alır.
“Bu ilin əvvəlindən 676 nəfər, o cümlədən dünəndən indiyədək 424 nəfər öldürülüb”, – deyə nazirliyin Telegram səhifəsində bildirilib.
Səhiyyə Nazirliyinin bundan əvvəl açıqladığı rəqəmdə 78-i uşaq və 41-i qadın olmaqla 413 fələstinli şəhid edilmişdi.
2300-dən çox yaralı var.
İsrail-Fələstin qarşıdurmasnın yeni mərhələsi başlayandan 13 çoxmərtəbəli bina tamamilə dağıdılıb.