Fələstin tərəfdarı olan yəhudilər Kanada parlamentinin binalarından birini zəbt etdilər
Fələstin xalqına dəstək verən yəhudi qrupun üzvləri sionist rejim ilə Kanada arasında hərbi əlaqələrə və Qəzzədə davam edən müharibəyə etiraz olaraq parlament binalarından birini zəbt ediblər.
Kanadanın “Globe and Mail” qəzetinin saytı dünən axşam (3 dekabr) yazıb: “Soyqırıma Qarşı Yəhudi Koalisiyasının üzvləri bu qrupun tərəfdarları ilə birlikdə parlamentarilərin və Nazirlər Kabinetinin ofislərinin yerləşdiyi Konfederasiya binasının foyesini zəbt ediblər.”
Bu yəhudi qrup bəyanat yayaraq Kanadadan İsrailə silah ixracına və İsraildən silah idxalına qarşı olduqlarını, həmçinin bu rejimin Qəzzə xalqı ilə necə davranacağı ilə bağlı narahatlıqlarının artdığını açıqlayıb.
Bu aktivist qrupun sözçüsü Marlee Vasser müsahibəsində deyib ki, nümayiş üçün Konfederasiya binası seçildi, çünki bir çox deputatlar müvafiq işləri bu binada həyata keçirirlər və etirazçılar işlərin normal gedişatını dayandırmaq istəyirlər.