Fələstin xalqı Məscidül-Əqsanı müdafiə etməyə həmişəkindən daha çox hazırdır

Fələstin xalqı Məscidül-Əqsanı müdafiə etməyə həmişəkindən daha çox hazırdır

İslam Şurası Məclisinin Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının Katibliyi sionistlərin Məscidül-Əqsaya təcavüzünü pisləyən bəyanatında vurğulayıb:

Müqavimət və Fələstin xalqı Əl-Əqsa məscidini müdafiə etməyə və işğal olunmuş əraziləri azad etməyə hər zamankındən daha çox hazırdır.

İslam Şurası Məclisinin Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının Katibliyi bu gün, cümə axşamı, Məscidül-Əqsada qarşıdurmaların güclənməsi fonunda bir bəyanat yayaraq sionistlərin Məscidül-Əqsaya təcavüzünü pisləyib.

Bəyanatda deyilir: Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının Daimi Katibliyi sionistlər tərəfindən Məscidül-Əqsaya qarşı təcavüz və təhqirlərin davam etdirilməsini qətiyyətlə pisləyir.

Bu gün işğal olunmuş ərazilərin acınacaqlı vəziyyəti bütün dünya xalqlarından və azadlıqsevərlərdən tələb edir ki, beynəlxalq ictimaiyyətin və insan haqlarının susqunluğu və passivliyi kölgəsində İslam və Xristian müqəddəsliklərinə qarşı sionistlərin bu mənfur planına qarşı çıxsınlar.

Bəyanatda əlavə edilib: Qlobal sionizm və ifrat sağçı sionist hökumət irqçi bir yəhudi dövləti yaratmaq və Məscidul-Əqsanın yerində xəyali Süleyman məbədini tikmək məqsədi ilə işğal olunmuş ərazilərdə Fələstini və Fələstin xalqının kimliyini silməyə çalışır.

Sionistlər qəflət yuxusundan ayılmalı və bəzi ərəb ölkələri ilə münasibətləri normallaşdırmaqla Fələstin xalqını, İslam və Xristian xalqlarını Müqəddəs Qüds və Məscidül-Əqsadakı qanuni hüquqlarından məhrum edə biləcəklərini düşünməməlidirlər.

Bəyanatda vurğulanıb: Çarəsiz sionist rejim bilməlidir ki, müqavimət və Fələstin xalqı və işğal olunmuş ərazilər və regionun gəncləri Məscidül-Əqsanın müdafiəsi və işğal olunmuş ərazilərin azad edilməsi üçün hər zamankindən daha çox hazırdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =