Fələstin XİN rəhbəri İsrail rejimini tənqid etdi

Fələstin XİN rəhbəri İsrail rejimini tənqid etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin xarici işlər naziri beynəlxalq qurumların sionist rejimin həbsxanalarındakı fələstinli məhbuslara qarşı qanun pozuntularını ifşa etmək üçün təcili hərəkətə keçməsinin vacibliyini vurğulayıb.

“Russia Today” xəbər agentliyinin verdiyi məlumata görə, Riyaz əl-Maliki, Fələstin Muxtariyyətinin XİN-nin qərargahında Fələstindəki xarici diplomatik nümayəndəliklərin üzvləri ilə görüşdə İsrail həbsxanalarındakı əsirlərin səhhətlərinin pis olduğu və zindan idarələrinin əsirlərə, xüsusən xəstə əsirlərə qarşı təzyiqləri barədə danışıb.

Əl-Maliki, İsrailin inzibati həbs siyasətinin Cenevrə Konvensiyasına və beynəlxalq hüquqa zidd olduğunu və fələstinli əsir Əl-Qəzənfər Əbu Ətəvanın İsrailin bu siyasətinə qarşı iki aydan çox bir müddətdə aclıq aksiyası keçirdiyini və bu səbəbdən də onun səhhətinin pisləşdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + six =