Fələstinin bu kəndi 191-ci dəfə dağıdıldı

Fələstinin bu kəndi 191-ci dəfə dağıdıldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist buldozerləri İsrail hərbçilərinin müşayiəti ilə cümə axşamı Fələstinin cənubunda yerləşən Nəqb çölündəki Əl-Araqib kəndinə 191-ci dəfə daxil olaraq sakinlərin evlərini dağıdıblar.

“Palestine Online” internet saytının yazdığına görə, sionist rejim bu kəndi və Nəqb çölündəki onlarla Fələstinli kəndini 2010 -cu ildə qanunsuz elan etmişdi. Amma bu kəndlərin sakinləri evlərinin sionist rejimi qurulmamışdan əvvəl tikildiyini deyirlər. Əl-Araqib kəndi də Osmanlı İmperatorluğu dövründə salınmışdır.

Sionistlər ilk dəfə 2010-cu ilin iyul ayında Əl-Araqib kəndindəki evləri sökdü. Bu iş 191 dəfə təkrarlansa da, sakinlər hər dəfə buldozer və zabitlər ayrıldıqdan sonra evlərini sadə vasitələrlə yenidən tikmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =