Fələstinin yandırıcı şarları yenidən sionistlər üçün bəlaya çevriləcək

Fələstinin yandırıcı şarları yenidən sionistlər üçün bəlaya çevriləcək

Qəzzə zolağındakı inqilabçı gənclər qrupu sionist rejimin vədlərini pozması və bu rejimin öhdəliklərinin yerinə yetirilməməsinə cavab olaraq yandırıcı şarların atılmasına davam edəcəkləri ilə hədələyiblər.

İbrani xəbər mənbələri Qəzza zolağındakı inqilabçı gənclər qrupunun bazar ertəsi günü bir daha sionistlərin işğal etdikləri Fələstin torpaqlarına yandırıcı balonlar atma siyasətinə davam edəcəkləri ilə hədələdiklərini bildiriblər.

İvrit kanalı “Kan” bu fələstinli qrupların əvvəllər buraxılmağa hazır olan onlarla yandırıcı şarın, eləcə də bu məsələdə istifadə olunan avadanlığın şəkillərini dərc etdiyini bildirib. Bu gənclərin əllərində “Od və alov şölələlrilə Qəzza zolağının ətrafındakı İsrail yaşayış məntəqələri dağılacaq” şüarı ilə plakatlar olub.

Kan məlumatlı mənbələrinə istinadən xəbər verir ki, vasitəçilər vasitəsilə sionist rejimə mesajlar göndərilib və fələstinli gənclər yəqin ki, Fələstin torpaqlarına geri dönüş yürüşlərində istifadə olunan silahlardan yenidən istifadə edəcəklər.

Bu hərəkət sionistlərin əvvəlki öhdəliklərinə etinasızlıqların cavabıdır.

Qayıdış yürüşləri və Qəzzə zolağının blokadasının uğursuzluğundan sonra yandırıcı şarların atılması siyasəti geniş vüsət alıb.

Bu yürüşlər 2018-ci ildə geniş miqyasda keçirilib və fələstinli gənclərin sionist rejimə qarşı təzyiq rıçaqları hesab olunur.

Bu hava şarlarının buraxılmasından sonra sionistlər tərəfindən zəbt edilmiş böyük əkinçilik əraziləri yandırılıb. Sionist rejimin bu məsələyə cavab olaraq müqavimət qruplarının mövqelərini hədəfə alması bu şarların sionistləri çox narahat etdiyini göstərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =