Fələstinli əsir 15 illik əsarətdən sonra azad edildi

Fələstinli əsir 15 illik əsarətdən sonra azad edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, fələstinli bir əsir 15 illik əsirlikdən sonra həbsdən azad edilib.

İşğalçı İsrail rejimi, 15 illik əsirlikdən sonra cümə axşamı İordan çayının qərb sahilindəki Əl Xəlil şəhərindən olan Bilal Ən-Nəccar adlı bir fələstinli əsiri azad edib.

Muhəmməd Əbu Cəzr adlı digər bir fələstinli əsir də 17 illik əsarətdən sonra bazar günü axşam həbsdən azad edilib.

Fələstinin Əsirlərlə iş üzrə Dövlət Komitəsi İsrail həbsxanalarında saxlanılan fələstinli məhbus sayını 6500 nəfər olaraq təyin etmişdir ki, bunlardan  57-si qadın və 300-ü uşaq və 500-dən çoxu isə mühakiməsiz olaraq həbsxanalarda saxlanılan şəxslərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =