Fələstinli əsir işgəncələrə görə şəhid oldu

Fələstinli əsir işgəncələrə görə şəhid oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İordan çayının qərb sahilindəki “Şəfat” düşərgəsindən olan Abduh Yusif əl-Xətib Əl-Təmimi adlı bir fələstinli bu bazar günü İsrail qüvvələri tərəfindən tutulub.

Səfa xəbər agentliyinin verdiyi məlumata görə, Hərbi Əsir və Azadlıq İşləri Komitəsinin media üzrə müşaviri Həsən Abd Rabbuh Abduhun Muskubia həbsxanasında saxlandığı zaman şəhid olduğunu bildirib.

Həsən Abd Rabbuh, bu gənc fələstinlinin şəhid olmasında Sionist rejimi və həbsxana rəhbərliyini günahlandırıb.

Digər tərəfdən isə Əl-Təmiminin ailəsi bildirib ki, Sionist rejim polisi övladlarının həbsxanada ürək tutmasından öldüyünü iddia edib.

“Əl-Əsir” Fələstinli Əsirlər Klubunun media üzrə sözçüsü Əmani Sarahnə də Abdul-Xətibin həbsxanada işgəncə altında şəhid edildiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + seventeen =