Fələstinli əsir məhdudiyyətsiz aclıq aksiyası keçirir

Fələstinli əsir məhdudiyyətsiz aclıq aksiyası keçirir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı fələstinli əsir Qəzənfər Əbu Ətəvan Hebronun cənubundakı Dora şəhərində ardıcıl 65 gündür ki, müvəqqəti və ya inzibati həbs adlanan məhkəmədənkənar həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Əl-Qüds qəzetinin yazdığına görə, Ofər və Əl-Nəqb həbsxanalarındakı fələstinli əsirlər də, Əbu Ətəvanla həmrəylik məqsədilə müddətsiz bir aclıq aksiyası etdiklərini elan ediblər.

Bu fələstinli əsirin vəkili Cavad Bules deyib: “Kablan xəstəxanasının tibbi hesabatı, Qəzənfər Əbu Ətəvanın ağır zəiflik, sinə və bel ağrıları, xüsusilə sağ tərəfdən və ağır qarın ağrılarından əziyyət çəkdiyini və ayaqlarını hərəkət etdirə bilmədiyini göstərir.”

Ümumilikdə İsrail həbsxanalarında 40 qadın, 250 uşaq və təxminən 520 inzibati məhbus (mühakimə olunmadan) daxil olmaqla 5300 fələstinli saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fourteen =