Fələstinli bir uşağı kor edən Sionist əsgərlərinə bəraət verilib
Sizinyol xaric imediaya istinadən xəbər verir:
İsrail Ədliyyə Nazirliyi 9 yaşlı fələstinli uşağı rezin güllə ilə vuraraq kor edən iki İsrail polisinə bəraət verdi.
İsrail Ədliyyə Nazirliyi iki İsrail polisinin 9 yaşındakı bir fələstinli uşağı yaraladığına və kor etdiyinə görə mühakimə olunmayacağını açıqladı. İsrail məhkəmə hakimiyyəti iki polis məmuruna bəraət verdi və iki zabitin bir fələstinli uşağa xəsarət yetirməsinə və sağ gözünü kor etməsinə görə mühakimə olunmayacağını bildirdi.
9 yaşlı fələstinli Malik İsa İsrail polisi tərəfindən atılan rezin güllələrdən xəsarət alaraq sağ gözünü itirdi. Bu hadisə işğal altındakı Qüdsün şərqindəki Əl-İsəviyyə şəhərində baş verdi.
Bu arada İsrail Ədliyyə Nazirliyi, nazirliyin daxili işlər şöbəsinin geniş bir araşdırma apardıqdan sonra İsrail polisinə qarşı cinayət ittihamı irəli sürmək üçün kifayət qədər dəlil olmadığı qənaətinə gəldiyini açıqladı.