Fələstinli döyüşçülər Nablus yaxınlığında sionist əsgərləri atəşə tutub

Fələstinli döyüşçülər Nablus yaxınlığında sionist əsgərləri atəşə tutub

Fələstin mediası fələstinli döyüşçülərin İordan çayının qərb sahilinin şimalında sionist rejimin əsgərlərinə atəş açdığını bildirib.

İordan çayının qərb sahilindəki vəziyyətin sionist rejim üçün hələ də qeyri-sabit olduğu bildirilir.

Fələstin mənbələri bazar günü bildiriblər ki, fələstinli döyüşçülər İordan çayının qərb sahilində yerləşən İsrail ordusu əsgərlərini atəşə tutublar.

Bu mənbələrə əsasən, avtomobildə olan fələstinli hərbçilər sionistlərin “Silla” qəsəbəsi yaxınlığında yerləşən sionist əsgərlərə atəş açıb və sürətlə oradan uzaqlaşıblar.

“Fələstin Əl-Yəvm” saytının məlumatına görə, sionist rejim mediası fələstinli döyüşçülərin bu hücumunda yaralananlar barədə heç bir xəbər dərc etməyib.

Bununla bağlı sionist rejimin 12-ci kanalı xəbər verib ki, fələstinli döyüşçülərin Nablus yaxınlığında bu rejimin əsgərlərinə qarşı atəş açmasından sonra bu rejim ordusu bu ərazini təmizləyir.

Sionist rejimin 12-ci kanalının xəbərinə görə, bu rejim əsgərləri bu bölgədə geniş şəkildə yerləşdirilib və Nablusun cənubunda bəzi kəndlərin girişlərini bağlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =