Fələstinli gənc sionistlər tərəfindən güllələnərək şəhadətə çatıb

Fələstinli gənc sionistlər tərəfindən güllələnərək şəhadətə çatıb

Fələstin Səhiyyə Nazirliyi İsrail əsgərləri tərəfindən güllələnərək öldürülən fələstinli gəncin şəhid olduğunu açıqlayıb.

Məlumatına görə, Səhiyyə Nazirliyi bu gün (cümə) Nablusun cənubunda 31 yaşlı Cəmil Camal Əbu Əyaşın şəhadətini elan edib.

Maa internet saytına istinadən bildirilir ki, Əbu Əyaş cümə namazından sonra fələstinli gənclərlə sionist əsgərlər arasında baş verən toqquşmada güllələnib və bir neçə saat sonra xəstəxanada şəhid olub. Fələstinli gənc başından güllə yarası alıb.

Təhlükəsizlik mənbələri həmçinin 68 fələstinlinin atəş açılması, gözyaşardıcı qaz və plastik güllələr nəticəsində yaralandığını bildirib.

İsrail mediası Sionist rejimin İordan çayının qərb sahili və Qüdsdə müqavimət əməliyyatlarının genişləndilirəcəyindən qorxduğu üçün keçidlər və nəzarət-buraxılış məntəqələrində, həmçinin, 1948-ci ildə işğal olunmuş ərazilərdə hazırlıq vəziyyəti elan etdiyini və həmin ərazilərdə əsgərlərin sayını artırdığını bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 19 =