Fələstinli hərəkatlar seçkilərin təxirə salınmasına görə xəbərdarlıq ediblər

Fələstinli hərəkatlar seçkilərin təxirə salınmasına görə xəbərdarlıq ediblər

HƏMAS və “Fələstinin Azadlığı Xalq Cəbhəsi” hərəkatları Muxtariyyətin lideri Mahmud Abbasın parlament seçkilərini təxirə salmasına görə xəbərdarlıq ediblər.

HƏMAS bəyanat verərək, Mahmud Abbasın qərarını “milli razılaşmaya və seçkilərə qarşı çevriliş” adlandırıb.

Eləcə də “Fələstinin Azadlığı Xalq Cəbhəsi” hərəkatı Muxtariyyətin lideri Mahmud Abbasın qərarını tənqid edib. Bu bəyanatda bildirilib ki, “Fələstin xalqının taleyüklü məsələləri ilə bağlı yalnız bir cinah qərar verməməlidir.”

Qeyd edək ki, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Qüdsdə seçkilərin keçirilməsinin təmin edilməsinə qədər parlament seçkilərinin təxirə salındığını bildirib.

Mahmud Abbas ötən günkü çıxışında dünya ictimaiyyətini Qüdsdə seçkilərin keçirilməsini təmin etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu siyasi proses Qüdsdə baş tutmasa seçkilərin anlamı yoxdur. Muxtariyyətin lideri buna görə gələn ayın sonunda keçirilən parlament seçkilərinin təxirə salındığını bildirib.

Qeyd edək ki, Qüdsün fələstinliləri 1996 və 2006-cı ilin seçkilərinə qatıla bilmişdilər. Avopa İttifaqı mənbələri ötən həftə Fələstin tərəfinə bildiriblər ki, İsrail Qüdsdə seçkilərin keçirilməsinə icazə vermir.

Qeyd edək ki, Qüds 1967-ci ildə İsrail tərəfindən işğal edilib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 9 =