Fələstinli məhbus 80 gündür ki, aclıq aksiyası keçirir: Azadlıq və ləyaqət üçün mübarizə aparıram

Fələstinli məhbus 80 gündür ki, aclıq aksiyası keçirir: Azadlıq və ləyaqət üçün mübarizə aparıram

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist rejim tərəfindən mühakimə olunmadan inzibati həbs olunmasına etiraz olaraq 80 gündür aclıq aksiyası keçirən fələstinli məhbus azadlıq və ləyaqət üçün mübarizə apardığını söylədi.

İnzibati həbs olunmasına etiraz olaraq 80 gündür aclıq aksiyası keçirən fələstinli məhbus, ağır vəziyyətdə və xəstəxanada olarkən Əl-Məyadinə qısa bir müsahibə verib. Mahir Əl-Əxras deyib: “Mən azadlıq və ləyaqət içində yaşamaq istəyirəm. Mesajım sadəcə öz evimdə təhdid edilmədən yaşamaqdır.”

Bu gün xəstəxanada Əl-Əxrasla görüşən Əl-Mayadin müxbiri Həna Məhamid onun fiziki vəziyyətin “çox ağır”, lakin ruhiyyəsini “çox yüksək” olaraq xarakterizə etdi.

Əl-Mayadin müxbiri işğalçı rejimin səlahiyyətliləri hələ də Əl-Əhrasın sərbəst buraxılmasına razı olmazlarsa, onun şəhid olacağını və bunun onun üçün şərəf olduğunu söylədi.

Əl-Əxras sözlərini davam etdirdi: “Qüds əhlinə, Qüds divarlarına və müqəddəs Əqsa Məscidinə salam göndərirəm. Mən orada namaz qılmaq arzusundaydım, amma bunu mənə qadağan etdilər. Ümid edirəm ki, dünyanın bütün xalqları azadlıq və ləyaqət içində yaşadıqca, dünyanın bütün azad insanları (müqavimət göstərməyə) davam edəcəklər.”

Sionis rejim onunla bağlı məhkəmə təşkil etdi və Mahir Əl-Əxrasın inzibati həbs müddətinin uzadılmamasına və yaxın 26 ay ərzində sərbəst buraxılmasına qərar verdi, lakin Əl-Əhras bunu rədd etdi və sərbəst buraxılana qədər aclıq aksiyasına davam edəcəyini bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 5 =