Fələstinli məhbus altı gündür aclıq aksiyası keçirir

Fələstinli məhbus altı gündür aclıq aksiyası keçirir

Cəlbu həbsxanasından qaçış qəhrəmanlarından biri və hazırda təkadamlıq kamerada saxlanılan “Mənazil Ənfiyyat” adlı fələstinli məhbus 6-cı gündür ki, aclıq aksiyasına başlayıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına əsasən, “Məhcətul-Quds” hüquq müəssisəsi fələstinli məhbus Ənfiyyatın Sionist Həbsxana Təşkilatının cəzalandırmalarına etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Bu fələstinli məhbusun tələbi Sionist Həbsxanalar Təşkilatının cəzalandırmaları dayandırması və onun təkadamlıq kameradan həbsxananın normal hissəsinə köçürülməsidir.

2021-ci il 6 sentyabrda Ənfiyyat digər 5 məhbusla birlikdə Cəlbu Təhlükəsizlik Həbsxanasından qaçmağa müvəffəq oldu. Sionist rejim onları 2 həftə axtarışdan sonra, nəhayət, yenidən ələ keçirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twelve =