Fələstinli məhbus Xəlil Əvavədənin acınacaqlı vəziyyəti- Foto

Fələstinli məhbus Xəlil Əvavədənin acınacaqlı vəziyyəti- Foto

Fələstinli məhbus Xəlil Əvavədənin ailəsinin onunla “Assaf Hurufiyyə” xəstəxanasında görüşərkən yayımladığı fotolar onun ağır vəziyyətini ortaya qoyur.

Ailəsi tərəfindən yayımlanan bu fotoşəkillər onun bir dəri və bir sümük qaldığını göstərir.

Lakin beynəlxalq dairələr 5 aydır ki, bu iztirablara səssiz qalıb və bu sionist cinayətə heç bir reaksiya göstərmirlər.

Bir sıra vətəndaşlar və fəallar tvitlər dərc etməklə bu əsirlə həmrəy olduqlarını nümayiş etdiriblər. Əvavədənin vəziyyəti sionist rejimi idarə edən sadist təfəkkürün və bu rejimin fələstinli məhbuslarla münasibətdə cinayətkar mahiyyətinin göstəricisidir.

“Fələstin Əl-Yəvm” xəbər agentliyi bu tvitlərin və şərhlərin bəzilərini, o cümlədən hökumətin informasiya idarəsinin rəhbəri Salamə Mərufun məşhur tvitini dərc edib.

O, tvitində yazıb: “Bu necə rejimdir? Təsəvvür edin ki, belə ağır fiziki vəziyyəti olan şəxsi bu rejim təhlükə hesab edir və onu azad etməyə hazır deyil və onu heç bir ittiham irəli sürmədən həbsxanada saxlayır”

Səudiyyə, Əmirlik və İordaniya yük maşını sürücülərinin istifadəçi hesabında da Xəlil Əvavədənin azadlığa buraxılmasını tələbi yazılıb.

İmad Dər adlı istifadəçi yazıb: “Sizin üçün fədakarlıq edənlərin ağrısını hər zaman başa düşməli və namusunuzu qorumağın bədəlini ödəyən kəslə həmrəy olmalısınız… Xəlil Əvavədə 6 aya yaxındır ki əziyyət çəkir.”

Bununla əlaqədar olaraq, Avropa Birliyi də Xəlil Əvavədənin dərc olunmuş fotolarını şokedici və dəhşətli adlandırıb və dünən, bazar günü axşam bəyanat yayaraq bildirib: “Əvavədə inzibati həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Ölüm təhlükəsi qaçılmazdır, ona ittiham irəli sürmək fikrində deyillərsə, o, tezliklə azadlığa buraxılmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =