Fələstinli məhbusların azad edilməsi HƏMAS-ın ən mühüm prioritetlərindən biridir

Fələstinli məhbusların azad edilməsi HƏMAS-ın ən mühüm prioritetlərindən biridir

Həmas hərəkatının siyasi bürosunun üzvü fələstinli məhbusların azad edilməsini bu hərəkatın yarandığı gündən bəri ən mühüm prioritetlərindən biri kimi qeyd edib.

Mehr xəbər agentliyinin Səmayə istinadən verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatının siyasi ofisinin üzvü Mahmud Əz-Zahar çərşənbə axşamı günü axşam saatlarında vurğulayıb ki, məhbusların azad edilməsi məsələsi bu hərəkatın yarandığı gündən ən mühüm prioritetlərindən biridir.

Bu xəbərə görə, Əz-Zahar Əl-Əqsa kanalına müsahibəsində deyib: Biz məhbusları işğal rejiminin həbsxanalarından azad etməkdə məyus etməyəcəyik. Həbsxanalardan bir nəfər də olsa əsirin azad edilməsi böyük nailiyyətdir və biz onların azadlığa çıxması üçün çox çalışacağıq.

O vurğulayıb: Dini məhbusların azad edilməsi bizim öhdəmizdədir və biz bütün vasitələrdən istifadə edərək onları azad etməyə çalışacağıq.

Mahmud Əz-Zahar onu da aydınlaşdırıb ki, İordan çayının qərb sahilində baş verənlər işğalçılar oradan çıxarılmazdan əvvəl Qəzza zolağında baş verənlərin eyni versiyasıdır.

HƏMAS-ın siyasi ofisinin bu üzvü deyib: Fələstinli məhbusları azad etmək məqədilə işğalçılara təzyiq göstərmək üçün çoxlu vasitələr mövcuddur və onları azad etmək üçün əlimizdən gələni edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =