Fələstinli qruplar: İordan çayının qərb sahilində böyük intifazə davam edir

Fələstinli qruplar: İordan çayının qərb sahilində böyük intifazə davam edir

Fələstinli qruplar Ramullahın şimalındakı “İli” qəsəbəsində 4 sionist mühacirin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən şəhidlik əməliyyatını təbrik edib.

HƏMAS hərəkatının sözçüsü Hazim Qasim İli qəsəbəsindəki şəhadət əməliyyatının işğalçıların Cənin düşərgəsindəki cinayətinə və Məscidül-Əqsaya hücumuna cavab olduğunu vurğulayıb.

İbrani və ərəb xəbər mənbələri Ramullahın şimalında atışma olduğunu və indiyədək 4 sionistin öldürüldüyünü, daha 3 nəfərin isə yaralandığını bildirib.

HƏMAS-ın sözçüsü vurğulayıb ki, İordan çayının qərb sahili inqilabçıları işğalçıların təsəvvür etmədiyi yerdən düşmənə zərbəvuracaqlar.

O deyib: Bu böyük inqilab və intifazə millətin azadlıq və istiqlal məqsədləri həyata keçincəyə qədər davam edəcək və heç vaxt dayanmayacaq.

Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq Səlmi də bu şəhidlik əməliyyatını təbrik edib və bu əməliyyatın işğalçı rejimin Fələstin xalqına qarşı artan cinayətlərinə təbii cavab olduğunu vurğulayıb.

Səlmi bu əməliyyatın təbii və qanuni özünümüdafiə hüququ çərçivəsində olduğunu bildirib.

Əl-Mənar şəbəkəsinin xəbərinə görə, Səlmi bildirib ki, bu əməliyyat müqavimətin dinamikasını və onun istənilən şəraitdə fəaliyyət göstərib düşmənə zərbə endirmək qabiliyyətini göstərir.

O, əlavə edib: “Təhlükələr Fələstin xalqını heç vaxt qorxutmur və müqavimət hər hansı bir hücumun artması ilə mübarizə aparmağa hazırdır.”

Həmçinin, İslami Cihad hərəkatının liderlərindən olan Davud Şahab bu əməliyyatın işğalçı rejimin cinayətlərinə təbii cavab olduğunu və belə bir əməliyyatın proqnozlaşdırıldığını, xüsusən də İsrailin Cəninə hücumundan bir gün sonra baş verdiyini vurğulayıb.

“Fəthul-intifazə” hərəkatı da bu şəhidlik əməliyyatını təbrik edib və bunu Cenin düşərgəsi və İordan çayının qərb sahili şəhidlərinin qanının intiqamını almaq üçün müqavimətin sədaqəti, eləcə də işğalçı rejimin cinayətlərinə təbii və qanuni cavab hesab edib.

İşğalçı rejim bilməlidir ki, Fələstin torpağı və millətinə qarşı təcavüz davam etdikcə bu rejim və onun mühacirləri əmin-amanlıqda olmayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =