Fələstinli Riyad metal tullantılarından dəbdəbəli avtomobillər düzəldir

Fələstinli Riyad metal tullantılarından dəbdəbəli avtomobillər düzəldir

Az.shafaqna.com “Qusra Now”-a istinadən xəbər verir ki, Fələstin vətəndaşı Riyad əl-Amləh öz əlləri ilə düzəltdiyi nadir avtomobillərin sayəsində məşhurluq qazanıb.

O, Nablus yaxınlığında yaşayır. Onun bütün həyatı uşaqlığından heyran olduğu maşınlarla bağlıdır.

Hələ uşaq ikən özü özü üçün oyuncaq maşınlar düzəldirdi. Nəticədə uşaqlıq hobbisi həyatının işinə çevrilib.

Riyad avtomobillərin təmiri, alışı və satışı ilə məşğuldur. Boş vaxtlarında isə nadir avtomobillərin yeni nümunələrini, o cümlədən də 20-ci əsrdin birinci yarısının dəbdəbəli retro-maşınlarının bənzərlərini düzəldir.

Onun son işləri arasında retro avtomobil və cip var və o, həmin avtomobilləri oğullarının adları ilə adlandırıb – Adəm və Nuh.

Mahir usta maşınları cəmi 4 aya öz qarajının döşəməsində çəkdiyi eskizlər əsasında yığıb.

Riyadın gözqamaşdırıcı maşınlarına baxdıqda dünən onların metal tullantıları olduğunu təsəvvür etmək qeyri-mümkündür.

Fələstinli Riyad layihəsinin dəstək qazanaraq inkişaf edəcəyinə ümid edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =