Fələstinli uşaqların həbsi və onlara işgəncə verilməsi/140 uşaq hələ də əsirlikdədir

Fələstinli uşaqların həbsi və onlara işgəncə verilməsi/140 uşaq hələ də əsirlikdədir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinli Əsirlər Birliyi bazar ertəsi Fələstin Uşaqları Günü münasibətilə verdiyi açıqlamada 18 yaşından kiçik 140 fələstinli uşağın hələ də sionist rejimin əsirliyində olduğunu bildirib.

Açıqlamada əsirlər arasında iki qız uşağının olduğu və əsirlərin ümumilikdə 30 həbsxanada saxlanıldığı vurğulanıb.

Ayrıca, bu ilin əvvəlindən bəri sionist rejim əksəriyyəti Qüds şəhərindən olan 230 uşağı həbs edib. Bu uşaqların əksəriyyəti girov müqabilində və ya ev dustağı olmaq şərtilə azad olunurlar. Beləliklə, son illərdə fələstinli evlər sionist məhkəmələri tərəfindən həbsxanaya çevrilib və ailələr uşaqlarını evdə həbs etməyə məcbur olunublar. Bu isə Fələstində bir çox sosial problemlərə səbəb olub.

Bu açıqlamaya görə, sionist rejimi həbs olunan uşaqların hüquqlarını pozaraq onları gecəykən valideynlərinin iştirakı olmadan istintaq otaqlarına aparır, onları ibri dilində olan kağızları imza etməyə məcbur edirlər. Həmçinin bu açıqlamada əsir uşaqların bir çoxunun tibbi xidmətdən və valideynləri ilə görüşdən məhrum edildikləri bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 1 =