Fələstinlilər ABŞ dövlət katibinin bölgəyə səfərinə etiraz olaraq nümayiş keçirib-Foto

Fələstinlilər ABŞ dövlət katibinin bölgəyə səfərinə etiraz olaraq nümayiş keçirib-Foto

Qəzzə zolağı və İordan çayının qərb sahili əhalisi ABŞ dövlət katibinin bölgəyə səfərinə etiraz edib.

Qəzzə zolağı və İordan çayının qərb sahili əhalisi fələstinli qrupların və milli simaların dəvəti ilə Qəzzə və Ramullahda nümayişlər keçirərək, ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfərini pisləyib.

Onlarla fələstinli Qəzzə və Ramullahda əllərində Fələstin bayraqları və işğal rejiminin cinayətlərini və Amerikanın bu rejimə sonsuz dəstəyini pisləyən plakatlar tutaraq, bu rejim əleyhinə şüarlar səsləndirib və nümayişlər keçirib.

 “Şahab News” saytının məlumatına görə, fələstinli qruplar Amerika hökumətinin işğalçı rejimə qarşı heç bir cəza tətbiq etmək iqtidarında olmadığına işarə edərək, işğalçı və faşist rejimlə mübarizə üçün vahid rəhbərlik formalaşdırılmasını tələb ediblər.

Bununla əlaqədar Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa Əl-Burğusi bildirib ki, Amerika hökuməti işğalçı rejimin tərəfindədir, lakin Fələstin millətini pulla satın almaq olmaz.

O, Fələstin xalqının azadlıq, müstəqillik və işğala son qoyulmasını istədiyini və bütün bunlara müqavimətlə nail olunacağını bəyan edib.

Blinken Ramullaha səfəri zamanı Fələstin Muxtariyyət Təşkilatının başçısı Mahmud Abbasla görüşüb.

Blinkenin işğal olunmuş Fələstin və İordan çayının qərb sahilinə səfəri sionist rejimin fələstinlilərə qarşı təcavüzü nəticəsində son bir neçə gündə Fələstində vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − four =