Fələstinlilər BƏƏ rəsmilərini “əl-Əqsa”-dan qovdular

Fələstinlilər BƏƏ rəsmilərini “əl-Əqsa”-dan qovdular

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, fələstinlilər BƏƏ-dən olan nümayəndə heyətini “əl-Əqsa” məscidinin ərazisinə buraxmayıblar.

BƏƏ nümayəndə heyəti İsrail polisinin müşayiəti ilə “əl-Əqsa”-ya gəlib.

Fələstinlilər BƏƏ rəsmiləri ilə mübahisə edərək Əbu-Dabinin İsraillə münasibətləri normallaşdırmasını qınayıb və “əl-Əqsa” ərazisini dərhal tərk etməyi tələb ediblər.

Bundan sonra BƏƏ-li rəsmilər ərazini tərk etməli olublar.

Xatırladaq ki, BƏƏ və Bəhreyn 15 sentyabrda Ağ Evdə İsraillə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eleven =