Fələstinlilər Tel-Əvivdə anti-sionist əməliyyatı keçirib

Fələstinlilər Tel-Əvivdə anti-sionist əməliyyatı keçirib

Sionist rejimin mətbuatı Tel-Əvivdə anti-sionist əməliyyatı zamanı bir qəsəbə sakininin yaralandığını bildirib.

Sionist mediası Tel-Əvivdə anti-sionist əməliyyatın keçirildiyini bildirib.

Əl-Mənar kanalı sionist mediaya istinadən təcili xəbərdə bildirib ki, Tel-Əvivdə yerləşən Bat Yamda qəsəbəsində bir sionist mühacir soyuq silahla hücuma məruz qalıb və ağır yaralanıb.

Məlumata görə, hücumu törədən şəxs hadisə yerindən qaçıb.

Digər tərəfdən, Fələstin mediası İordan çayının qərb sahilinin müxtəlif yerlərində toqquşmaların baş verdiyini və fələstinlilərin kütləvi şəkildə həbs edildiyini xəbər verib.

“Palestine Today” saytının məlumatına görə, Nablus şəhəri bu gün fələstinlilərin qəsəbə tikintisinə qarşı nümayişinə şahid olub, fələstinlilərlə sionist əsgərlər arasında qarşıdurma baş verib və nəticədə 3 vətəndaş plastik güllələrlə vurulub və onlarla vətəndaş gözyaşardıcı qazdan tənəffüz çatışmamazlığına düçar olub.

İordan çayının qərb sahilinin digər bölgələri, o cümlədən Hebron, Masafir Yatta, Tulkərem və Qəlqəliyyə, eləcə də işğal altındakı Qüds fələstinlilərin həbsinə şahid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =