Fələstinlilərin hücumu nəticəsində bir İsrail əsgəri yaralanıb

Fələstinlilərin hücumu nəticəsində bir İsrail əsgəri yaralanıb

İbrani “Maariv” qəzeti sionist əsgərlərdən birinin yaralandığını təsdiq edərək, Ramullahın şimal-qərbindəki Rantis məntəqəsində bir fələstinlinin ona bıçaqla hücum etdiyini iddia edib.

İbrani mediası bu cümə səhəri (9 iyun) bir sionist əsgərin yaralanması xəbərini təsdiqləyib və onun İordan çayının qərb sahilində Ramullahın şimal-qərbindəki Rantis məntəqəsinə bıçaqlı hücum nəticəsində yaralandığını bildirib.

“Əl-Məyadin” kanalı saytının məlumatına görə, ibrani “Maariv” qəzeti xəbərdə yazıb: “İsrail əsgəri Ramullah yaxınlığındakı Rantis keçid məntəqəsində bıçaqlanma əməliyyatı nəticəsində yaralanıb və hücum edən şəxs güllələnib.”

Sionist mediası bu nəzarət-buraxılış məntəqəsinə bıçaqla hücumun edildiyi yerdən bir videonu yenidən dərc edib və orada “İsrail təcili yardımı”nın yaralı əsgəri hərəkət etdirməsi əks olunub.

Bu hücum müqavimət qüvvələrinin son günlər və həftələr ərzində işğal olunmuş ərazilərdə sionist əsgərlərə qarşı atışma əməliyyatlarının artdığı bir vaxtda həyata keçirilib. Çünki işğalçı rejim İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlarını davam etdirir. Ötən gecə 4 fələstinli sionist əsgərlər tərəfindən həbs edilib.

Əl-Məyadin-in İordan çayının qərb sahilindəki müxbirinin verdiyi məlumata görə, işğalçı qüvvələr çərşənbə günü axşam saatlarında fələstinli məhbus “İslam Fərrux”un evini dağıtmaq məqsədi ilə köhnə Ramullah şəhərinə hücum edib. Dünən sionistlər bu 26 yaşlı məhbusun evini partladıb, fələstinli gənclərlə sionistlər arasında şiddətli qarşıdurma baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 14 =