Fələstinlilərin şəhidlik əməliyyatlarından sonra Knessetin növbədənkənar iclası
İşğal olunmuş ərazilərdə fələstinlilərin şəhidlik əməliyyatlarının ardınca Knessetin sədri gələn çərşənbə günü növbədənkənar iclas keçiriləcəyini açıqlayıb.
“Russia Today”-in məlumatına görə, bu barədə Knessetin (İsrail parlamenti) spikeri Mikki Levi bildirib.
Gələn çərşənbə günü o, işğal olunmuş ərazilərdəki Birəs-Səba, Əl-Xəzirə və Bəni-Bərakda fələstinlilərin şəhadət əməliyyatlarını araşdırmaq üçün fövqəladə iclas keçirəcək.
Levi Likud və Şas partiyalarının tələbi ilə parlamentin iclasının keçirilməsini əmr etdiyini açıqlayıb.
Ötən həftə Birəs-Səbada dörd, Əl-Xəzirədə iki və və Bəni-Bərakda beş israilli öldürülüb.
Bu səhər (cümə axşamı) bir israilli Beytə-Ləhmin cənubundakı Quteş Atsion şəhəri yaxınlığındakı hücumda yaralanıb.