“F-35” qırıcılarında 870-dən artıq nasazlığın aradan qaldırılmadığı açıqlandı

“F-35” qırıcılarında 870-dən artıq nasazlığın aradan qaldırılmadığı açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, “Locheed Martin” şirkətinin 5-ci nəsil “F-35” qırıcılarında aşkar edilən 871 nasazlığı hələ də aradan qaldırmadığı məlum olub.

Bu barədə “Bloomberg” agentliyi Pentaqonun təcrübə idarəsinə istinadən məlumat verib.

Agentliyin əldə etdiyi hesabatda göstərildiyi kimi, bu nasazlıqlar döyüş hazırlığı, qırıcının istifadəsi və saxlanmasına mənfi təsir edə bilər. Qiymətləndirmə bildirişində son bir ildə “F-35”in yalnız iki qüsurunun aradan qaldırıldığı qeyd olunur.

Ümumilikdə, 2018-ci ilin aprel ayında bu təyyarənin inkişaf mərhələsi və nümayişi başa çatdıqdan sonra 941 qüsur aşkar edilib.

Xatırladaq ki, ABŞ dövləti “F-35” qırıcıları proqramına bu günə kimi 398 milyard dollar vəsait xərcləyib. ABŞ Müdafiə Nazirliyi hesabatı şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 16 =