Facebookun “ifadə azadlığı”: “Holokost”un yalan olduğu ilə bağlı paylaşımlar silinəcək!

Facebookun “ifadə azadlığı”: “Holokost”un yalan olduğu ilə bağlı paylaşımlar silinəcək!

Facebook rəhbərliyi bazar ertəsi günü bildirib ki, sionistlərin iddia etdiyi Holokost hadisəsini “inkar edən və ya bu hadisəni fərqli şəkildə izah edən” şərhlər silinəcək!Facebook belə bir qərar verməsinə səbəb kimi dünyada “artan” antisemitizmi və xüsusilə gənclər arasında Holokost barədə yetərli məlumat olmamasını göstərib.

Facebook, 18-39 yaş arasındakı amerikalı yetkinlər arasında sorğu keçirdikdən sonra məlum olub ki, təxminən sorğuda iştirak edənlərin 25 faizi Holokostun bir əfsanə olduğu və ya həddindən artıq şişirdildiyi qənaətindədir.
Sionist lobbiləri Facebookun bu qərarını alqışlayaraq, bir neçə ildir bu qadağaya nail olmağa çalışdıqlarını bildiriblər.

Artıq 16 ölkədə “Holokost”a qarşı şübhə ilə yanaşmaq qanuna ziddi əməl kimi tanınır. Avstriya, Belçika, Kanada, Çex Respublikası, Fransa, Almaniya, Macarıstan, Lixtenşteyn, Litva, Lüksemburq, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və İsveçrə Holokostun əfsanə sayılmasına qadağa qoymuş ölkələrdir. Amma maraqlı olan budur ki, bu ölkələrdə İslama qarşı təhqiramiz davranışlar və İslamın müqəddəsliklərini hədəf almaq “ifadə azadlığı” kimi qəbul edilir və qarşısı alınmır!

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 4 =