Faleh Əl-Fəyyaz: Həşd əş-Şəəbi terrorçularla mübarizəyə hazırdır
Suriyada baş verən son hadisələr və İraqa da şamil edilən terror hücum təhlükəsindən sonra Xalq Səfərbərlik Təşkilatının rəhbəri təşkilatın terrorçularla mübarizəyə hazır olduğunu bildirib.
İRNA-nın verdiyi məlumata görə, Faleh Əl-Fəyaz bu gün (4 dekabr) deyib: Həşd əş-Şəəbi və İraq təhlükəsizlik qüvvələri terror qrupları ilə mübarizəyə hazırdır.
Əl-Fəyaz əlavə edib: Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin təhlükəsizliyini və sabitliyini qoruyan təhlükəsizlik qüvvələrinə dəstək olmaq üçün bütün imkanların yaradılması barədə göstəriş verib.
Biz İraq xalqına söz veririk ki, ölkəmiz təhlükəsiz və sabit qalacaq. Biz terror qrupları ilə mübarizədə ixtisaslaşmışıq – deyə Fəyyaz vurğulayıb.