Fars Körfəzi Əməkdaşlıq Şurası və ABŞ Tehran-Ər-Riyad münasibətlərinin canlanmasını alqışlayıb

Fars Körfəzi Əməkdaşlıq Şurası və ABŞ Tehran-Ər-Riyad münasibətlərinin canlanmasını alqışlayıb

ABŞ və Fars körfəzi ilə həmsərhəd ərəb ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, regionda gərginliyin azaldılması üçün səylərin vacibliyinə təkid etmiş, İran və Səudiyyə Ərəbistanının diplomatik münasibətləri bərpa etmək qərarını alqışlamışlar.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, ABŞ və Fars körfəzinin ərəb ölkələri regionda gərginliyin azaldılması üçün birgə səylərin vacibliyini və Vaşinqton ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında artan strateji tərəfdaşlığın vacibliyini vurğulayıblar.

Ər-Riyaddakı görüşün sonunda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri İran və Səudiyyə Ərəbistanının diplomatik münasibətləri bərpa etmək qərarını alqışlayıb və İrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq tələb ediblər.

Birləşmiş Ştatlar və Fars körfəzinin ərəb ölkələri Kimyəvi Silahların Qadağan edilməsi Müqaviləsini dəstəklədiklərini, həmçinin beynəlxalq dəniz hüquqlarının qorunmasının vacibliyini və beynəlxalq su yollarında gəmilərin təhlükəsizliyini təhdid edən təhdidlərlə mübarizə səylərini vurğuladılar.

Tərəflər dünyanın müxtəlif bölgələrində terrorizm və ekstremizmlə mübarizəyə sadiq olduqlarını bəyan etməklə yanaşı, Suriya böhranının siyasi həlli üçün ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyan həll yolunun tapılmasının zəruriliyini vurğulayıblar.

Ər-Riyad iclasının birgə bəyanatında Yəmənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə yenidən dəstək elan edilərkən, Sudandakı böhranın hərbi həllinin olmadığı vurğulanıb.

Birləşmiş Ştatlar və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlər də iki müstəqil ərazinin formalaşdırılmasının həlli əsasında işğal olunmuş Fələstində ədalətli və hərtərəfli sülhün vacibliyinə təkid ediblər.

Ər-Riyad görüşündə iki tərəf arasında müxtəlif siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlıqla yanaşı, ortaq əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələlər də nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =