Fars Körfəzi Əməkdaşlıq Şurasının Qəzza ilə bağlı gecikmiş bəyanatı

Fars Körfəzi Əməkdaşlıq Şurasının Qəzza ilə bağlı gecikmiş bəyanatı

 Fars Körfəzi Əməkdaşlıq Şurası işğal olunmuş ərazilər və Qəzza zolağında qarşıdurmaların səkkizinci günə daxil olmasından sonra verdiyi bəyanatda fələstinlilərin Qəzza zolağından məcburi köçürülməsinin qarşısını almaq üçün beynəlxalq müdaxiləyə çağırıb.

İRNA-nın şənbə günü “Əl-Khalic Online”-yə istinadən verdiyi xəbərə görə, Fars Körfəzi Əməkdaşlıq Şurası bu gün bəyanat yayaraq bildirir: “Qəzza zolağında dinc əhaliyə qarşı amansız hücumların davam etməsi və onların köçürülməsinə çağırışlar beynəlxalq ictimaiyyətin dərhal müdaxiləsini tələb edir.”

Bəyanatda vurğulanır: “İşğalçıların Qəzza zolağına qarşı kollektiv cəzalandırma yanaşmasını dayandırmaq üçün beynəlxalq səylər artırılmalıdır.”

“Əl-Əqsa Tufanı” əməliyyatının səkkizinci gününə daxil olması və müqavimət qüvvələrinin sionist rejimə qarşı döyüşlərdə nadir qələbələr əldə etməsi ilə İsrail rejiminin bombardmançıları Təl-Əviv liderlərinin əmri ilə Qəzzada yaşayış məntəqələrini, tibb müəssisələrini, məscidləri və fələstinli qaçqınların toplaşdıqları yerləri dəlicəsinə bombalayır.

İndiyədək işğal olunmuş ərazilərdə müqavimət əməliyyatlarını dayandırmaq cəhdləri uğursuzluğa düçar olan və bu rejimin rəhbərləri hələ də Fələstin müqavimətinin misilsiz məğlubiyyətinin şokunda olan qondarma sionist rejim fələstinli mülki vətəndaşları hədəfə almaqda davam edir, Qəzzanı yandırılmış torpağa çevirməklə fələstinliləri oradan köçməyə məcbur etmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =