Fars valiliyi qaz kəmərində partlayışın qəsdən törədildiyini açıqlayıb
Fars vilayəti valisinin müavini deyib: “Fars vilayətinin cənubundan İsfahana gedən ümummilli qaz kəmərinə qəsdən hücum edilib və qaz nəqli xətti partlayıb.”
Fars vilayəti valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini İRNA-ya açıqlamasında qaz xəttində baş vermiş partlayış aktını müstəmləkəçi dövlətlərin İran xalqının meydanlarda fəal iştirakından qəzəblənməsinin nəticəsi adlandırıb, düşmən insanların həyatını hədəfə aldığını bildirərək deyib: “Ölkənin şimalına qazın verilişində heç bir fasilə yaranmayıb, bizdə məişət və sənaye istifadəsi üçün qazın verilişi dayanmayıb.”
İsmayıl Qızıl Səfli İRNA-ya bu partlayışla bağlı deyib: “Bu gün, 14 fevral səhər saat 1:30 dəqiqələrdə Xorrəmbid şəhərinin Qadirabad bölgəsinin Tang kimi tanınan ərazisi ətrafında Fars vilayətinin cənub səmtindən İsfahana gedən ümummilli qaz kəməri qəsdən hücuma məruz qalıb və qaz xətti partlayıb.”