Fermada 7 cəsəd tapıldı
Publika.az xəbər verir ki, Meksika mətbuatında çıxan xəbərə görə, Yukatan əyalətinin Çikindzonot qəsəbəsindəki bir fermadan çoxlu cəsəd tapılıb.
Səlahiyyətlilər tapılan 7 cəsədin başında güllə yarası aşkar edib. Yəni həmin şəxslərin güllələnərək öldürüldüyü müəyyən olunub. Yerli prokurorluq hadisə ilə bağlı ətraflı araşdırma aparıldığını açıqlayıb.
Publika.az