Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var – Təhsil naziri
Fevralın 1-dən valideynin öz övladının yalnız distant formada tədrisinin davam etdirmək istəməsi hüququ var. Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda sosial məsafə tələbi olduğundan siniflər iki qrupa bölünəcək. O fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulduğunu deyib. “Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin fəaliyyəti bərpa oluna bilər”.
TREND