Feysəl Miqdad: Terrorizm və sanksiyalar Suriyada zəlzələ fəlakətini daha da ağırlaşdırıb

Feysəl Miqdad: Terrorizm və sanksiyalar Suriyada zəlzələ fəlakətini daha da ağırlaşdırıb

Suriyanın xarici işlər naziri ABŞ-ın bu ölkədəki acınacaqlı zəlzələ vəziyyəti ilə bağlı sanksiyalarını sərt tənqid edərək, Dəməşqin xilas və yardım üçün bütün səylərini göstərdiyini bildirib.

Suriyanın xarici işlər naziri Feysəl Miqdad çərşənbə axşamı vurğulayıb ki, bu ölkədə zəlzələ qurbanlarının vəziyyəti çox ağırdır və Suriya xalqının köməyə ehtiyacı var.

Feysəl Miqdad Əl-Məyadin xəbər kanalına müsahibəsində deyib: “Fəlakət böyükdür. Bunu daha da dərinləşdirən odur ki, Suriya terrorizm və onun dəstəkçiləri ilə müharibə aparır. Sanksiyalar da bu fəlakətin şiddətini artırıb.”

O, Suriya hökumətinin daxili və xarici səviyyədə kömək istədiyini bəyan edərək, Prezident Bəşər Əsədin xilas və yardım üçün hökumətin bütün vasitələrindən istifadə etdiyini açıqlayıb.

Suriyanın xarici işlər naziri səfirlər vasitəsilə xaricdən yardım almağa çalışdıqlarına toxunaraq qeyd edib: Bir çox ölkə Suriyaya yardım göndərib. Başsağlığı vermək üçün zəng edən və kömək etməyə hazır olduqlarını bildirən liderlərə təşəkkür edirik.

Suriyanın daha çox köməyə ehtiyacı olduğunu və Avropa ölkələrinin də kömək etməli olduğunu vurğulayan Miqdad deyib: Avropadan yardım göndərilməsinin bürokratiya ilə heç bir əlaqəsi yoxdur və humanitar yardıma sanksiya tətbiq edilmir.

O, terrorçuların Suriyanın bütün obyektlərini dağıddıqlarını bildirərək, Amerikanın sanksiyalarının da Suriyanın hər şeydən, hətta dərman almaqdan məhrum olmasına səbəb olduğunu açıqlayıb.

Dünən (bazar ertəsi) səhər saatlarında mərkəzi Türkiyə olan və Rixter cədvəli ilə 7,8 bal gücündə zəlzələ Qərbi Asiya və Şərqi Aralıq dənizi bölgəsinin bir çox bölgəsini silkələyib.

Seysmoloji mərkəzlərin məlumatına görə, bu zəlzələ Türkiyə ilə Suriya sərhədində və Türkiyənin Qaziantep şəhərindən 26 kilometr şimal-şərqdə baş verib.

Məlumatlara görə, bu zəlzələ Türkiyə, Suriya, Livan, Fələstin, İraq, İordaniya, Misir, Səudiyyə Ərəbistanı və Ukrayna və Avropanın bəzi yerlərində, o cümlədən Yunanıstan, Bolqarıstanda da qeydə alınıb.

Suriya Səhiyyə Nazirliyi də bu gün verdiyi açıqlamada bildirib: “Hələb, Latakiya, Hüma, İdlib və Tartus əyalətlərində zəlzələ qurbanlarının sayı artır və yaralıların sayı 1448-ə və ölülərin sayı 769-a çatıb və bu son rəqəm deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + eighteen =